Avropa Birliyi Ukraynadan bunu TƏLƏB ETDİ – Zelenski çaş-baş qalıbbackend

Avropa Birliyi Ukraynadan bunu TƏLƏB ETDİ - Zelenski çaş-baş qalıb

AB korrupsiya qalmaqalından sonra Kiyevdən zəmanət tələb edir.

KONKRET.az bildirir ki, Politico-nun xəbərinə görə, Avropa Birliyi Energoatom-dakı korrupsiya qalmaqalından sonra maliyyə yardımının şəffaf istifadəsi ilə bağlı Ukraynadan zəmanət istəyib.

Nəşrin məlumatına görə, Kiyevin Avropa tərəfdaşlarının fikirləri bu məsələdə bölünüb. Bəziləri korrupsiyaya qarşı mübarizə qurumlarının araşdırmasını müsbət əlamət hesab edir, digərləri isə Kiyevdən konkret öhdəliklər istəyir. Mənbələrə görə, Ukrayna xərclərə nəzarəti gücləndirməli olacaq və prezident Zelenski çox güman ki, korrupsiyaya qarşı mübarizə planı təqdim edəcək.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*