Avropa çempionatı: Taekvondoçumuz finala vəsiqə qazandıbackend

Avropa çempionatı: Taekvondoçumuz finala vəsiqə qazandı

Azərbaycan taekvondoçusu Milad Beigi Hərçəqani Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

KONKRET.az-ın məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən idmançı bu raundda İspaniya təmsilçisi Raul Martineslə üz-üzə gəlib.

Rəqibini məğlub edən Hərçəqani finala yüksəlib.

17:20

Azərbaycan taekvondoçusu Milad Beigi Hərçəqani Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında yarımfinala yüksəlib.

KONKRET.az-ın məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Oleksandr Filippova (İsrail), növbəti raundda isə Tahir Güleçə (Almaniya) qalib gələrək ən azı bürünc medalı özü üçün təmin edib.

74 kq-da yarışan Ayxan Tağızadə Atman Bouthouyak (Fransa) və Stavro Tsipounisi mübarizədən kənarlaşdırıb. O, 1/4 finalda Daniel Quesadanın (İspaniya) müqavimətini qıra bilməyib.

Qadınlardan Fəridə Əzizova (67 kq) Elin Johanssonu (İsveç) məğub etsə də, Lauren Villiamsa (Böyük Britaniya) uduzub.

Qeyd edək ki, daha əvvəl Minayə Əkbərova (46 kq) bürünc medal qazanıb. Avropa çempionatına aprelin 11-də yekun vurulacaq. Azərbaycanı yarışda 11 taekvondoçu təmsil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*