Avropa İnsan Haqları Məhkəməsi Saakaşvili ilə bağlı qərar verəcəkbackend

Avropa İnsan Haqları Məhkəməsi Saakaşvili ilə bağlı qərar verəcək

Bu gün Avropa İnsan Haqları Məhkəməsi “Saakaşvili Gürcüstana qarşı” işi üzrə qərar çıxaracaq.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, Saakaşvili ona qarşı cinayət işinin başlanmasının arxasında siyasi təqib kimi gizli məqsədin dayandığını iddia edir.

Söhbət 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra çıxarılan iki hökmdən gedir. Gürcüstanın eks-prezidenti “Birləşmiş gürcü bankı”nın əməkdaşı, 28 yaşlı Sandro Girqvlianinin ölümü ilə bağlı səs-küylü işə görə altı il müddətinə azadlıqdan məhrum edilib. Eks-prezidentə qarşı bu işdə təqsirli bilinən Daxili İşlər Nazirliyinin yüksək rütbəli zabitlərinin əfv olunması və sabiq deputat Valeri Gelaşvilinin döyülməsi işində vəzifə səlahiyyətlərindən sui-istifadə etmək kimi ittihamlar irəli sürülüb. Bu cəzanı o, Gürcüstana qayıtdıqdan və 2021-ci ildə saxlanıldıqdan sonra indi çəkir.

Saakaşvili iddia edir ki, ona qarşı keçirilən prosesdə müdafiə hüquqları pozulub. Gelaşvili işi üzrə hökmlər iki ittiham tərəfinin şahidinin yoxlanılmamış şayiələrinə əsaslanırdı və siyasi rəqib olduqları üçün onların ifadələri etibarlı ola bilməzdi.

Girqvliani işi üzrə təqsirləndirilən şəxslərin əfv edilməsinə gəlincə, Saakaşvilinin iddiasında deyilir ki, o, Gürcüstanın daxili qanunvericiliyinə tamamilə uyğun olan prezidentin əfv səlahiyyətlərini həyata keçirdiyi üçün mühakimə olunub. Saakavili həmçinin iddia edir ki, işə baxan hakim nə qərəzsiz, nə də müstəqil olub.

Qeyd edək ki, “Gürcü arzusu”nun hakimiyyəti dövründə Saakaşviliyə qarşı 4 cinayət işi açılıb. Onlardan ikisi üzrə sabiq dövlət başçısı qiyabi olaraq 3 və 6 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın mənimsənilməsi prinsipinə görə, o, altı il həbs cəzası çəkməlidir.

2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması işi ilə yanaşı, dövlət büdcəsindən 9 milyon larinin mənimsənilməsi ilə bağlı “Pencək işi” də baxılmaq mərhələsindədir. Saakaşvilinin 2021-ci ilin payızında qayıtmasından sonra üçüncü hal – sərhədi qanunsuz keçmək əlavə edildi.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*