Avropa liderlərinin görüşü başladı – Nələr müzakirə ediləcək?backend

Avropa liderlərinin görüşü başladı - Nələr müzakirə ediləcək?

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Brüsseldə bir araya gəlib.

KONKRET.az xəbər verir ki, təşkilata üzv olan 27 ölkənin dövlət və ya hökumət başçılarının iştirakı ilə Aİ Liderlər Zirvəsi başlayıb.

Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin sədrliyi ilə keçiriləcək sammitin birinci hissəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş də iştirak edəcək.

Görüşdə Rusiya-Ukrayna müharibəsi, iqlim dəyişikliyi, taxıl sazişi, ərzaq təhlükəsizliyi müzakirə ediləcək.

Liderlər daha sonra Ukrayna sessiyasına başlayacaqlar. Ukrayna prezidenti Volodimir Zelenski görüşün bu hissəsinə videokonfrans vasitəsilə qoşulacaq.

Aİ-nin Ukraynaya dəstəyinin davam etdirilməsi, müxtəlif sursat və silahlar, ilk növbədə 155 mm-lik mərmilər kimi müxtəlif məsələlər müzakirə olunacaq. Liderlər sammitdə miqrasiya məsələsini də diqqətdə saxlayacaq.

Sammitin əsas mövzusu Avropanın iqtisadi vəziyyəti və rəqabət qabiliyyəti olacaq. Liderlər Avropa sənayesinin rəqabət qabiliyyətinin artırılması üçün atılacaq addımları müzakirə edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*