Avropa Parlamentinin prezidenti David Sassoli VƏFAT ETDİbackend

Avropa Parlamentinin prezidenti David Sassoli VƏFAT ETDİ

Avropa Parlamentinin prezidenti, tanınmış siyasətçi və jurnalist David Sassoli vəfat edib.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, o, 66 yaşında İtaliyada dünyasını dəyişib. David Sassolinin mətbuat katibi xəbəri təsdiqləyib. İlkin məlumata görə, Avropa Parlamenti rəhbərinin ölümünə immun sistemi pozğunluğu səbəb olub.

Sassolinin mətbuat katibi Roberto Kuilyo Avropa Parlamentinin prezidentinin İtaliyanın Aviano şəhərində, yerləşdirildiyi Onkologiya Mərkəzində yerli vaxtla saat 01:15-də (Bakı vaxtı ilə saat 04:15-də-red) vəfat etdiyini bildirib. O, qeyd edib ki, Sassolinin dəfn mərasininin vaxtı yaxın saatlarda açıqlanacaq.

Kuilyo bazar ertəsi Sassolinin immun sistemi pozğunluğu ilə əlaqədar dekabrın 26-da İtaliyada xəstəxanaya yerləşdirildiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*