Avropa Rusiya ilə müharibəyə hazırdırmı? – Türkiyə neytral qalarsa…backend

Avropa Rusiya ilə müharibəyə hazırdırmı? - Türkiyə neytral qalarsa...

Londonda yerləşən Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun (IISS) hesablamalarına görə, Rusiyanın hazırda 1,1 milyon aktiv hərbçisi var.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, NATO-ya üzv olan Avropa dövlətləri hərbi güc baxımından Rusiyanı üstələyir. Alyansın məlumatlarına görə, Lissabondan Ankaraya qədər olan NATO ordularında ümumilikdə 2 milyondan çox hərbçi xidmət edir.

– Tank qüvvələri: NATO – 6700+, Rusiya – 2900
– Qırıcı təyyarələr: NATO – 2300, Rusiya – 1400
– Artilleriya gücü: NATO – 15 400+, Rusiya – 6090

Ancaq müharibə baş verərsə, Türkiyə NATO-ya hərbi dəstək verməkdən imtina edə bilər. Ankara Moskva ilə yaxın münasibətlərini nəzərə alaraq neytral mövqe tuta bilər. Bu isə Avropanın hərbi resurslarını ciddi şəkildə azaldacaq:

– NATO-nun canlı qüvvəsinin 25%-i Türkiyəyə məxsusdur.
– Döyüş tanklarının 35%-dən çoxu Türkiyənin payına düşür.
– Artilleriya ehtiyatlarının təxminən 18%-i Türkiyəyə məxsusdur.

Bütün bunlar NATO-nun Avropada hərbi üstünlüyünü sual altına qoya bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*