Gözümü açandan anamı sevdim, daha sonra anam mənə Vətəni sevməyi öyrətdi. Hər şey də bu sevgi ilə başladı. Məlum oldu ki, Vətən də anam kimi əziz və doğmadır. Hər ikisinin qucağında özümü güvənli hiss etməyin bir adı var. O da Ana Vətən sevgisidir. Ana Vətənə məhəbbəti bizə kiçik yaşlarımızda ibtidai sinifdə də öyrədiblər. Hələ uşaq olanda onu da deyiblər ki, anasına və vətəninə dönük çıxanlar bağışlanmır. Onun adı dönüklük və xainlikdir.
Çox təəssüf ki, vətən xainləri həmişə olub və indi də var. Azərbaycanı tərk edib Avropaya sığınan dönüklərin Vətənə “hücumlarını” izləyəndə sadəcə onların azərbaycanlı olduqlarına şübhə edirsən. Amma bu “oğlancıqlar”ın əlləri hər yerdən üzüləndə hətta analarını da gündəmə gətirir və biçarə anaları üzərindən öz iyrənc simalarını nümayiş etdirirlər. Avropaya sığınan Tural Sadıqlı adlı birisinin Azərbaycana qarşı böhtan və iftiralarının arxasında kimlərin durması yaxşı bəllidir.
Avropadakı erməni diasporunun tezislərini özünün “YouTube” kanalından dayanmadan cəh-cəh vuran bu “vətənpərvər”, sən demə, həm də ən böyük “azərbaycanlı” imiş. Bütün çıxışlarında ermənilərin müdafiəçisi kimi danışan Tural Sadıqlı Azərbaycan dövlətinə qarşı sanki nifrət püskürür. Avropa Şurasında, Avropa Parlamentində Azərbaycan əleyhinə aparılan kampaniyaçıların yanından əl çəkməyən T.Sadıqlı özünə qarşı bir balaca tənqidi fikir eşidən kimi məsələni dərhal əks istiqamətə yönəldir. Guya Azərbaycan dövləti bu adamın valideynlərini hədəfə alıb və anasını ölümlə təhdid edir.
Amma məsələnin başqa tərəfi də var. Avropada ermənilərin tələsinə düşən həmin adamlar bəzən onlara ötürülən pulları bölə bilməyəndə bir-birilərini didib dağıdırlar. Turalın silahdaşı, Fransaya sığınan Məhəmməd Mirzəli bir neçə gün əvvəl Sadıqlının anasından yana möhkəm narahat idi və qorxurdu ki, Azərbaycan dövləti bu şoumenin anasına “xətər” yetirər. Özünün “YouTube” kanalına dəvət etdiyi Məhəmməd Mirzəlinin onunla həmrəy olması, Turalın anası haqqında dediklərini “ağrı-acıyla” dinləməsi və kişi-kişi başını yelləməsi guya Tural Sadıqlıya canı yanalığından irəli gəlirdi. Amma indi izlədiyim bir videoda başqa mənzərəni görəndə bunların hansı yuvanın quşu olmaları bir daha aydın oldu.
Məhəmməd Mirzəli elə belə də deyir: “Əlövsətin oğlu, namusdan danışırsan, kişilikdən danışırsan, qeyrətdən danışırsan. Məni anamla ittiham edirsən. Ailə məsələlərinə qarışsaq… Mən qarışmaq istəmirəm. Biabır olarsan. Adam da arvadı qapıdan qovar? Day arxasını demirəm. Ailənə qarşı etdiyin hörmətsizliklərə bax. Almaniyada etdiklərin, ailə qurandan sonra nə etdiklərinə bax. Əə bir namusun, kişiliyin, qeyrətin olsun”.
Görünür nəyisə düzgün bölə bilməyən dostların sözləri çəpləşib və biri-birilərini ittiham etməyə başlayıblar. İndi Məhəmməd açıb sandığı-töküb pambığı. Qıpqırmızı Turalın üzünə dirənir ki, bəs nə ana-ana salmısan? Sən ana qədri bilən oğulsan? Ana qədrini bilən oğul anasını heç evdən qovar? Üzünə deyilən bu sözlərdən tükünü belə tərpətməyən Tural yenə sabah efirə çıxıb utanmaz-utanmaz anasıyla bağlı şou yaradacaq. Anasına dəyər verməyən bir adamın Ana Vətənin təəssübünü çəkməyə haqqı varmı?
@ifshalar.n1♬ orijinal ses – İFŞA
Vəli Həsənoğlu,