Avropadan Rusiyaya qarşı GEDİŞ – Qıcıqlandırdılar və…backend

Avropadan Rusiyaya qarşı GEDİŞ - Qıcıqlandırdılar və...

ABŞ Rusiyanı qıcıqlandırmaq istəmirdi, lakin Avropalılar imkan vermədi

KONKRET.az xəbər verir ki, Fransanın Le Monde nəşri maraqlı iddia ilə çıxış edib. Məlumata görə, ABŞ BMT-də Ukrayna ilə bağlı qətnamə layihəsini Rusiya ilə razılaşdırıb, lakin bu prosesdən Avropalı müttəfiqlər xəbərsiz olub.

Vaşinqton, Ukraynanın təklif etdiyi sərt layihənin əvəzinə, Moskva ilə müzakirə olunmuş daha yumşaq mətnlə əvəzləməyi planlaşdırıb. Lakin bu addım Fransa və Böyük Britaniyanın ciddi narazılığına səbəb olub.

Nəticədə, Avropa ölkələrinin təzyiqi ilə sərt Ukrayna qətnaməsi saxlanılıb24 fevralda BMT tərəfindən qəbul edilib. Maraqlıdır ki, ABŞ sonda özünün dəyişdiyi layihə üzrə səsvermədə belə bitərəf qalıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*