Avropa Ukraynaya 6 milyard maliyyə ayırdı.
KONKRET.az xəbər verir ki, bu barədə Baş nazir Yuliya Sviridenko deyib.
O bildirib ki, bu məbləğin 4,1 milyard avrosu dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdir. Əlavə 1,8 milyard avro Ukrayna Mexanizmi proqramı vasitəsilə ayrılıb.
Sviridenko qeyd edib ki, bu vəsaitlər davam edən müharibə şəraitində Ukraynaya makromaliyyə sabitliyini qorumağa və iqtisadiyyatı gücləndirməyə kömək edəcək.
“Bu yardım bərpa olunmuş infrastruktur və iqtisadiyyatımızın dayanıqlığı ilə bağlıdır. Aİ-nin dəstəyi sayəsində biz öz resurslarımızın daha çox hissəsini ölkənin müdafiəsinə ayıra bilərik”, – deyə Baş nazir vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
