Avropanın bu ölkələrində əhali sürətlə azalır – İtaliya birinci yerdədirbackend

Avropanın bu ölkələrində əhali sürətlə azalır - İtaliya birinci yerdədir 

Dünyada daha bir qlobal problem qocalma və əhalinin azalması ğilə bağlıdır. Artıq sirr deyil ki, bir çox ölkələrdə əhalinin sayı sürətlə azalır.

KONKRET.az xəbər verir ki, bu ilin ilk ayının nəticələrinə görə, bu Avropa ölkələrində demoqrafik vəziyyət daha da acınacaqlı olacaq. Belə ki, 2100-cü ilə kimi Avropa dövlətlərinin bəzilərində əhalinin sayı kəskin azalacaq.
Məsələn, 84 milyon əhalisi olan Almaniyada 15 faiz azalma müşahidə olunacaq və say 71 milyona düşəcək.

Proqnozlara görə, İtaliyada 59 milyon əhalidən 35 milyon qalacaq. Bu isə ən dəhşətli faiz dərəcəsi sayılır – 41 faiz.

İspaniyada isə azalma 31 faiz həddində gözlənilir – 48 milyon əhalidən 33 milyon qalacaq.

Əhalinin azalması Polşanı da gözləyir – 38 milyondan 29,5 milyon azalma. Bu isə təxmini 22 faiz deməkdir.

Yunanıstan – əhalinin sayı 10,7 milyondan 7 milyona düşəcək (32 faiz)

Azərbaycanla soyuq müharibə həddində olan Fransanı da yaxşı aqibət gözləmir – 68 milyon əhali bu ölkə üçün olduqca pis rəqəmdir.

Qeyd edək ki, dünyada əhalinin ən çox qocalması və azalması dinamikası Yaponiyada qeydə alınıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

  • Ramin
    Oktyabr 13, 2024 - 08:29

    .elə qəşəng yazmısızki…faizlə müqayisə,milyonla proqnazlaşdırma,falan filan….xaricilərin hesabatın aparmaqdan ötrü növbəyə durmusuz sanki….arabir özümüzü də hesablayın,statistika komitəsindən rəqəmlər alın,heç olmasa azalıb yox olacağımız günü bilək…

  • Mahir
    Oktyabr 14, 2024 - 09:42

    Avropada eyni zamanda müsəlmanların sayı sürətlə artır !

    • Namid
      Oktyabr 14, 2024 - 16:10

      Demək olar ki,say azalmayacaq.

  • Hùseyn Həsənov
    Oktyabr 14, 2024 - 09:54

    Bunlar nə ilə əlaqədardır

Hùseyn Həsənov üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*