Avropanın ən bahalı və ən ucuz ölkələri məlum oldubackend

Avropanın ən bahalı və ən ucuz ölkələri məlum oldu

Avropa İttifaqı ölkələrində xidmətlər və istehlak mallarının qiymətlərində əhəmiyyətli fərqlər var.

KONKRET.az Eurostatın 2023-cü ilə dair hesabatına istinadən xəbər verir ki, Aİ-də Danimarka ən yüksək qiymət səviyyəsinə malik ölkədir (Avropa üzrə orta göstəricinin 143faizi). Ondan sonra İrlandiya (142 faiz) və Lüksemburq (135 faiz) gəlir.

Aİ-də yaşamaq üçün ən ucuz ölkələr Bolqarıstan və Rumıniya (60 faiz) və Polşadır (66 faiz). Ötən il İrlandiyada alkoqol və tütün məmulatları Bolqarıstandan 3,2 dəfə baha olub. Eurostat qeyd edir ki, bu, ilk növbədə, bu malların vergiyə cəlb edilməsində fərqlə bağlıdır.

Əhəmiyyətli fərq otel və restoranların qiymətində qeyd olunur: onlar ən bahalı Danimarkada (Avropa orta göstəricisinin 152 faizi), ən ucuzu Bolqarıstandadır (52 faiz).

Ən ucuz geyimlər İspaniya (81 faiz) və Bolqarıstanda (82 faiz), ən bahalıları isə Danimarka və Çexiyadadır (müvafiq olaraq 131 faiz və 126 faiz). Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*