Avstraliyadakı tibb kolleclərinin rəhbərləri açıq məktub yazaraq federal hökuməti cinayət məsuliyyətinin yaşını artırmağa çağırıblar.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, onlar cinayət məsuliyyəti yaşının 10-dan 14-ə qaldırılmasını təklif ediblər.
“Avstraliyada 14 yaşından kiçik uşaqların hələ də həbsdə olması utancvericidir. Bu, bütün tibbi göstərişlərə ziddir”, – Kral Tibb Kollecinin rəhbəri Jaklin Smoll deyib.
Onun sözlərinə görə, həbsdə olan uşaqların çoxu travmaya məruz qalır və bu onların şüurlu qərarlar qəbul etməsinə mane olur.
İqbal Rzayev,
KONKRET.az