Avstriya 2026-cı il Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etməyəcəyini elan edib.
KONKRET.az xəbər verir ki, İsrailin iştirak edib-etməyəcəyi ilə bağlı qeyri-müəyyənlik daha da artıb.
Belə ki, Hakim Avstriya Xalq Partiyasının (ÖVP) baş katibi Alexander Pröll ilə birgə mətbuat konfransında danışan baş nazir Kristian Ştoker İsrailin müsabiqədən kənarlaşdırılacağı təqdirdə, ölkəsinin 2026 Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etməkdən imtina edəcəyini açıqlayıb.
Xatırladaq ki, Avstriya ötənilki müsabiqədə “JJ” səhnə adı ilə tanınan Yohannes Pietsin ifa etdiyi “Wasted Love” mahnısı ilə qalib olub və gələn ilki yarışmaya ev sahibliyi etmək hüququ qazanıb.
Dəniz Pənahova
KONKRET.az