Avtobus və metroda gedişhaqqı belə ola bilər – YENİLİKbackend

Avtobus və metroda gedişhaqqı belə ola bilər – YENİLİK

Bəzi ölkələrdə diferensial gedişhaqqı tətbiq olunur. Bu yanaşma, əsasən nəqliyyat xidmətlərinin təklif və tələbinə uyğun olaraq qiymətlərin dəyişməsini təmin edir. Məsələn, Polşa, Fransa, Çin, Hindistan, Sinqapur, Özbəkistan və sair kimi ölkələrin müxtəlif şəhərlərində istər avtobus, metro, istərsə də taksi tarifləri bu formada müəyyən olunur. Bildirilir ki, bu model sərnişinlərə həm daha ədalətli, həm də əlçatan qiymət təklif edir.

Azərbaycanda da diferensial tariflərin tətbiqi mümkündürmü? Bu model sərnişindaşıma sektorunda həm sərnişinlər, həm də daşıyıcılar üçün hansı üstünlüklər gətirə bilər?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, ölkəmizdə sərnişinlər üçün əlçatan qiymətlərin tətbiqi məqsədilə yeni model hazırlanmalıdır:

“İllərdir qiymətlər artsa da, sərnişinlər xidmət keyfiyyətində ciddi dəyişiklik görmürlər. Buna görə də tarif modelinin yenilənməsinə ehtiyac var. İlk olaraq gün ərzində müxtəlif nəqliyyat vasitələrindən istifadə edən vətəndaşlar üçün diferensial tarif sistemi tətbiq olunmalıdır. Məsələn, Sumqayıtdan Bakıya işləməyə gələnlər, adətən ən azı iki nəqliyyat vasitəsi dəyişirlər, bu da gündə təxminən 4 manat xərc deməkdir. Belə bir tarif modeli həm sərnişinlərin xərclərini azaldar, həm də avtomobil sıxlığının qarşısını alaraq ictimai nəqliyyata yönləndirməyə kömək edər”.

İqtisadçı qeyd edib ki, digər vacib məsələ müəyyən kateqoriyalar üzrə endirimlərin tətbiqidir:

“Şagird və tələbələrə aylıq sərfəli paketlərin təqdim olunması məqsədəuyğundur. Bundan əlavə, şəhid ailələri, qazilər, Vətən Müharibəsi iştirakçıları və təqaüdçülərin şəhərdaxili ictimai nəqliyyatdan pulsuz istifadəsi təmin edilməlidir. Şəhərlərarası və beynəlxalq uçuşlarda isə onlar üçün güzəştli tariflərin tətbiqi təklif olunur. Həmçinin dövlət səviyyəsində qeyd olunan bayram günlərində bütün sərnişinlərin şəhərdaxili ictimai nəqliyyatdan ödənişsiz istifadə etməsi faydalı ola bilər. Bu addım milli adət-ənənələrimizə uyğun qaydada insanların yaxınlarını ziyarət etməsi və şəhərdə gəzintiləri üçün əlavə stimul yaradar.

Növbəti təklifim isə 3 yaşadək uşağı olan analara güzəştli tariflərin verilməsi ilə bağlıdır. Bu yaş dövründə qadınların işləmək imkanı məhdud olduğuna görə ailə büdcəsindən asılı qalırlar. Düşünürəm ki, bu təkliflərin həyata keçirilməsi sərnişin aktivliyini artıra, həm də ictimai nəqliyyat sisteminə fayda verər”.

  • Bakidan
    Avqust 28, 2025 - 17:56

    Cox agilli meqaledir. Amma anlamadim bu qerardir …yoxsa tekliddir….yoxsa sadece ortaya atilan sozdur …..O ki qaldi Serniwin Aktivliyi…..Serniwin cox cox aktivdir……amma bundan sonra Mence tersine olacaq!

    • Rashad
      Avqust 29, 2025 - 01:14

      çox mentiqli teklifdir

  • Resad
    Avqust 29, 2025 - 01:13

    Teklifler cox gozel ve edaletlidir burda qalır sadece verilen teklifi qerar verib icra etmek inshallah ki bezi işbaz şexsi biznesi olan millet vekilleri memuar mudaxile etmeseler ilk defedirki bir insanın ağıllı mentiqli edaletli xalqa faydalı bir teklifini görürem hetda buna,elave olaraq Heyat yoldaşı olmayan Qadınlarımız var ki onlarda ödenişden azad olsa yaxşı olar

  • Sultan
    Avqust 29, 2025 - 02:30

    Belə mövzular ortaya atanda həmişə bir misal yadıma düşür. Ayının min oyunu var bir armudun üstündə.

  • Zahid
    Avqust 29, 2025 - 08:31

    Kimki bu xalqın qanına susayıb allah onun min bəlasını versin. Onsuzda kasıb xalq yaşamır sürünür.

  • Eışən
    Avqust 29, 2025 - 11:27

    Azərbaycanda qiymət qalxır keyfiyyət düşür.

  • Ramin
    Avqust 30, 2025 - 03:03

    Birdefelik bilet yaxsi fikirdir. Zehlem gedir kart dasimaqdan.

  • Pərviz
    Avqust 30, 2025 - 13:52

    Niyə əlillərə güzəşt yoxdur

  • .Milana
    Avqust 30, 2025 - 16:29

    Vallah əla olardi. Bir də ya aylıq ya da illik gediş haqqı paketləri də tətbiq olunsa bu da çox gözəl olardı.

  • Anar
    Avqust 31, 2025 - 06:09

    Bezi şaieler gezirki avtobusun gediş haqqisi qalxib 1 AZN OLACAQ qiymetleri qaldirinca milletin veziyyetini dusunun onnan sonra qaldirin qoymeti ozunuz 100 minlik maşinda gəzib bahali resdaranlarda oyurursuz her sezon xarici olkelerde dincelirsiz ele bilirsiz xalqin hamsi beledi imkanlidi men teklif ediremki olkede butun qiymetler duşurulsun milletinde canini boqaza yoqmaainlar

    • Səbinə
      Sentyabr 2, 2025 - 19:42

      Çox gözəl təklifdi mən tək anayam 383 m maaş alıram uşağım məktəbə aparıb gətirirəm məktəb uşaqlarına gediş haqqı olmasa lap yaxşı olar bir evdən necə uşaq gedir məktəb biz Azərbaycan xalqına cəmiyyətimizə övlad böyüdük heç olmasa uşaq pulu verirmirsə onların gediş haqqlarını dövlət özü ödəsin axı vaxtı çatanda gəlib oğul uşaqlarımızı əlimizdən alıb əsgər aparırlar deyirsiz vətəni qoru axı bu vətəndə uşağa nəsə etməlidir ki bu uşaqda vətəni canla başla qorusun

  • Zəka
    Sentyabr 2, 2025 - 12:59

    Hər kəs yaşadığı yerdəki özbaşınalıq hallarına qarşı haqlarini tələb etmədikcə müsbət dəyişikliklər əsla mümkün deyil. Zorakı qanunsuzluqlara qarnı xətrinə susaraq ziyali adına iddia edən mətbuat işçilərinin umde işi ilk öncə qapı kənarındakı menfur niyyətli qara yaraları ifsalayib hüquq mühafizə orqanlarına cəzalandırılması üçün təkidlə çıxış etməkdir. Yoxsa pul xəttinə dilsiz seytanliq etdikcə camaat da hələ çox girinc qalacaq. Bu cür və daha sərfəli təkliflər saysız variantda əksini tapa bilər. Təəssüf ki, hamısı söz yığını olaraq qalir. Çünki, qanunlara səs verənlər sifariş icracilaridir. İndiyədək tətbiq olunan dəyişikliklər bütün hallarda xalqın xeyrinə edilməyib birmənalı şəkildə! İstənilən faydalı və vicdanlı rəftar ancaq adil hökumətlərdə mümkündür. Azərbaycanda isə sosial rifah milli hökumətin bərpası zamanı qismət ola bilər. Yaxın günlərdə isə edilən bənzəri təkliflərin nəticəsində mövcud qiymətlər daha da irtica şərtlərlə bahalanacaq..

  • Cahangir
    Sentyabr 4, 2025 - 07:35

    İctimai nəqliyyat çadırır ki. Hər yer basabasdır. Xüsusilə pik saatlarda millət yollarda qalır. Hamı öz cibini fikirləşir. Milləti fikirləşən yoxdur. Hər şeyin qiyməti qalxır amma işçinin maaşından başqa.

.Milana üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*