Avtobusda yatmaq istəyirsən? PUL ÖDƏ!backend

Avtobusda yatmaq istəyirsən? PUL ÖDƏ!

Honkonqda  turizm şirkəti maraqlı kampaniyaya start verib.

KONKRET.az-ın xəbərinə görə, turist avtobusu yuxusuzluqdan əziyyət çəkən insanlara xüsusi turizm marşrutu təklif edir.

80 kilometrlik marşrut Çinin tarixi məkanlarından keçməklə 5 saat davam edir. Lakin burada bir məqam da var. Sərnişin yol boyu yatmaq istəyirsə, bələdçi onu tarixi məkanlarda oyatmır. Marşrut elə seçilir ki, yolda işıqfor və ya dairə az olsun. Məqsəd nəqliyyat vasitəsini daha az dayandıraraq yatanlara xoş şərait yaratmaqdır.

Qiymət də çox ucuz sayılmaz. Bir səfərin qiyməti yerdən asılı olaraq 25-60 manat arası dəyişir.  Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*