Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Novruz bayramına qədər…backend

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Novruz bayramına qədər...

Azərbaycanda avtomobil bazarında son dövrlər durğunluq müşahidə olunur. Bu vəziyyət əsasən idxal prosesində baş verən dəyişikliklər və tətbiq olunan güzəştlərin ləğvi ilə bağlıdır. Maraqlıdır, yaxın aylarda avtomobil bazarında qiymət dinamikası necə olacaq?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, ölkəyə gətirilən avtomobillərin sayında azalma bazarda ümumi aktivliyə təsir göstərib.

Utilizasiya dedikdə nə başa düşülür?-Aslan Əsədov- ÖZƏL

“Azərbaycan avtomobil bazarı əsasən idxal hesabına formalaşdığından, xaricdən gətirilən nəqliyyat vasitələrinə tətbiq edilən şərtlərin dəyişməsi qiymət və satış dinamikasına birbaşa təsir edir.

Bu artımın davamlı olacağına inanmıram. Mövcud vəziyyət daha çox müvəqqəti xarakter daşıyır. Qarşıdakı illərdə sahə üzrə daha praqmatik və yumşaldıcı addımların atılması gözlənilir”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə qiymətlərin yaxın dövrdə ciddi dəyişməyəcəyini bildirib. Onun sözlərinə görə, bazarda sabitlik ən azı Novruz bayramına qədər qorunacaq.

Ekspertlər hesab edir ki, bazarda canlanma idxal şərtlərinin yumşaldılması və avtomobil gətirilməsi ilə bağlı qərarlardan asılı olacaq.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*