İsrail mətbuatının məlumatına görə, bazar günü, sentyabrın 1-i səhər Hebronun şimalında terror aktı həyata keçirilib, nəticədə iki kişi və bir qadın həlak olub.
KONKRET.az xəbər verir ki, təhlükəsizlik xidmətlərinin bildirdiyinə görə, terrora məruz qalanların avtomobilinə qarşıdan keçən avtomobildən atəş açılıb.
Terrorçular avtomobillərini hadisə yerində qoyub qaçıblar. Müvafiq güc strukturlarının əməkdaşları terrorçuları axtarır.