Xəbər verdiyimiz kimi, Ağdaşda iki qadının ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, qəzada dünyasını dəyişən qadınlar bacıdırlar. Belə ki, Bakı-Qazax yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində Zabit Rəsulov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyadalar- 49 yaşlı Sədaqət Ramazanova və 47 yaşlı Elnarə Sultanovanı vurub.
Xəsarət alan şəxslər hadisə yerində ölüblər.
Faktla bağlı cinayət işi başlanılıb.