Ayda naviqasiya sistemi yaradılacaqbackend

Ayda naviqasiya sistemi yaradılacaq

“Ayda Yerdəkinə bənzər naviqasiya sistemi yaradılacaq”.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Milli Yer Məkan Kəşfiyyat Agentliyinin direktoru Frank Uitvort deyib:

“Gələcək ziyarətçilər Ayın səthində Yerdəki GPS qədər dəqiq məkan tapa biləcəklər. Həmin sistem Ay səthindəki insanları istiqamətləndirəcək”.

Uitvort hazırda bu sistem üzərində çalışdıqlarını söyləyib.

O, bənzər naviqasiya sistemlərinin inkişaf etdirilməsi üçün işlərin aparılacağını da bildirib.

Sistem GPS kimi naviqasiya imkanlarını dəstəkləyən və dəqiq enlik, uzunluq və zaman məlumatlarını təmin edən funksiyanı yerinə yetirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*