Ayətullah Sistani orucluqla bağlı fətva verdibackend

Ayətullah Sistani orucluqla bağlı fətva verdi

Ayətullah Sistani Ramazan ayının başlanğıcı ilə bağlı fətva verib.

KONKRET.az “Entexab”-a istinadla xəbər verir ki, fətvaya əsasən, aprelin 14-ü Ramazanın ilk günü elan edilib.

Ayətullah Sistaninin ofisi orucluq ayının bu il 30 gün olacağını açıqlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin təqvimində isə aprelin 13-ü Ramazan ayının başlanğıcı kimi qeyd olunub.

QMİ-nin fətvasında qeyd olunub ki, bu barədə məlumat Azərbaycan Astrofizika Rəsədxanasından verilib. Həmçinin, bildirilib ki, bəzi ölkələrdə Ramazan ayı aprelin 14-də, əksər ölkələrdə isə aprelin 13-də başlayacaq.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Fitr bayramı ilə əlaqədar mayın 13-14-ü ölkədə qeyri-iş günləridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*