Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi AYNA rəhbəri Anar Rzayevin qardaşı İlqar Rzayevə məxsus “Van der Val Intl. Transport Bakı” şirkətinə edilən lisenziya “güzəştləri” barədə saytımızda yayımlanan yazıya münasibət bildirib.
KONKRET.az xəbər verir ki, AYNA-dan Demokrat.az-ın informasiya sorğusuna cavab olaraq sözügedən şirkətin 4 ildir fəaliyyət göstərmədiyi vurğulanıb.
“Şirkət 4 ildir fəaliyyətini dayandırıb. Buraxılış vəsiqəsi və kartları üçün də müraciət etməyib.
Qeyd edilən müddət ərzində heç bir icazə bu şirkətə verilməyib. Şirkət icazə üçün müraciət də etməyib”, – deyə AYNA-dan bildirilib.