Azadlığa buraxılan məhkum: “Həbsxana ağıllı adamın yeri deyil” – VİDEObackend

Azadlığa buraxılan məhkum: “Həbsxana ağıllı adamın yeri deyil” - VİDEO

8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan amnistiya aktının icrası Ədliyyə Nazirliyi tərəfindən uğurla davam edir.

KONKRET.az xəbər verir ki, dekabrın 3-də amnistiya aktı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1, 2, 15, 16 və 17 saylı cəzaçəkmə müəssisələrində icra olunub. Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsindən 7 məhkum azadlığa buraxılıb.

O, məhkumlardan biri Məzahirov Allahverdi Ziyəddin oğlu Moderator.az-a açıqlamasında  2 il  2- ci ayında azadlığa buraxıldığını bildirib:

“Azadlığıma 4 ay 1 günüm qalmışdı. Açığı belə bir sürpriz gözləmirdim. Bizə yaratdığı bu şəraitə görə cənab prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm. Onun sayəsində bugün biz ailələrimizə qovuşacağıq. Buradan Ali Baş Komandanımıza  can sağlığı və uzun ömür arzu edirəm.

Açığı  əfv fərmanına düşəcəyimizi gözləmirdim. Mən bu gün azadlığıma qovuşacam.  Bir daha bura düşmək istəmirəm. Bundan sonra da cəza çəkmə müsəssisəsinə gəlməyi düşünmürəm. Ailənin yanında olmaq yaxşıdır. Həbsxana ağıllı adamın yeri deyil. Ağıllı adamın yeri ailədir. Ailəm balalarım, nəvələrim üçün çox darıxmışam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*