AZAL-dan Fazil Mustafaya – Cavabbackend

AZAL-dan Fazil Mustafaya - Cavab

“Azərbaycan Hava Yolları” aviaşirkəti millət vəkili Fazil Mustafanın Bakı-Naxçıvan-Bakı aviareysi üzrə biletlərin tapılmaması ilə bağlı iddialarına cavab verib.

KONKRET.az xəbər verir ki, aviaşirkətin yaydığı açıqlamada deyilir:

““Azərbaycan Hava Yolları” aviaşirkəti Bakıdan Naxçıvana və geriyə səyahət edən bütün sərnişinlərə aviabiletləri aviaşirkətin rəsmi saytında almağı təklif edir.

Bu, AZAL-ın kassalarında yaranan uzun növbələrin azalmasına, həmçinin sərnişinlərin aviabiletlərin rəsmiləşdirilməsi prosesini asanlaşdırmağa kömək edəcək.

Hər iki istiqamət üzrə biletlər aviaşirkətin www.azal.az rəsmi saytından əldə edilə bilər”.

Qeyd edək ki, respublika daxilində reyslər üçün aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün isə 70 manat təşkil edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*