“Azərbaycan heç nədən imtina etməyib” – Erməni ekspert Azərbaycan saytından məqalə paylaşdıbackend

“Azərbaycan heç nədən imtina etməyib” - Erməni ekspert Azərbaycan saytından məqalə paylaşdı

“Gəlin Zəngəzur məsələsinə qayıdaq. İlk növbədə xatırlamalıyıq ki, Qərbi Zəngəzur torpaqlarının Ermənistana verilməsi həm dövlət olaraq Azərbaycana, həm də Azərbaycan xalqına münasibətdə açıq-aşkar ədalətsizlik idi. Bu ədalətsizlik düzəldilməlidir. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, biz Zəngəzura qayıdacayıq. Nə vaxt və necə? Dövlət başçısı bunu çox gözəl bilir və öz siyasətində bu strategiyaya çox mühüm yer ayırır. Bu məsələyə prezident İlham Əliyev özü qərar verəcək, ona görə də qarışmağa ehtiyac yoxdur”.

KONKRET.az xəbər verir ki, Azərbaycan saytlarından birində dərc olunmuş yuxarıdakı mətni özünün sosial şəbəkə hesabında paylaşan erməni ekspert, tarix elmləri namizədi Tatev Ayrapetyan daha sonra bunları yazıb:

“Bu, Azərbaycana məxsus saytlardan birinin bugünkü dərcindən bir parçadır. Deməli, Azərbaycan heç nədən əl çəkmədiyini bəyan edir. İllüziyalarla yaşamağa ehtiyac yoxdur. Düşmən heç bir iddiasından imtina etməyib. Azərbaycanın blokada məsələlərinin qondarma “sülh müqaviləsindən” çıxarıldığını bildirməsinə gəlincə, cavab aydındır. Əvvəla, bu sənədin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur, onlar açıq şəkildə göstərdilər ki, daha çox qazanacaqları bir proses istəyirlər. O ki qaldı, blokadanın aradan qaldırılmasına, bu, mürəkkəb geosiyasi mübarizədir. Azərbaycan bunu çoxdan dərk edib və təhlükə hiss etdiyi ölkələrlə qarşıdurmaya getmədən bundan maksimum yararlanmağa çalışır”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*