Azərbaycan III MDB Oyunlarının medal sıralamasında ikinci pilləyə yüksəlib.
KONKRET.az xəbər verir ki, ölkəmizin aktivində hazırda 33 qızıl, 53 gümüş və 92 bürünc medal var.
Siyahıya Rusiya (124 qızıl, 61 gümüş, 40 bürünc medal) başçılıq edir. Üçüncü sırada isə Belarus (32 qızıl, 35 gümüş, 52 bürünc) qərarlaşıb.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.