Azərbaycan minifutbol millisinin təlim-məşq toplanışı üçün heyəti açıqlandıbackend

Azərbaycan minifutbol millisinin təlim-məşq toplanışı üçün heyəti açıqlandı

Azərbaycan minifutbol millisinin bu gündən Türkiyədə keçiriləcək təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.

KONKRET.az xəbər verir ki, baş məşqçi Elşad Quliyev Bələk şəhərindəki hazırlığa 20 oyunçu çağırıb.

Onlardan 11-i “Zirə”nin, 9-u isə “Birbaşa Bakı”nın şərəfini qoruyur. Oktyabrın 7-dək davam edəcək toplanış dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Millinin heyəti: Davud Kərimi, Ağaseyid Qasımov, Tural Nərimanov, Bəxtiyar Soltanov, Rəvan Kərimov, Taleh Babayev, Pərviz Qaraxanov, Mirkamil Əliyev, Seymur Məmmədov, Aleksandr Şemonayev, Samir Həmzəyev (hamısı “Zirə”), Rizvan Fərzəliyev, Elvin Əlizadə, Cəfər Cəfərov, Mirmehdi Rzayev, Vəli Qafarov, Vüsal İsayev, Təmkin Xəlilzadə, Emil Məmmədov, Eşqin Tağıyev (hamısı “Birbaşa Bakı”).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*