Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG-nin 15 yaraqlısını zərərsizləşdirib.
KONKRET.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.
“Türkiyə Silahlı Qüvvələri “Fərat Qalxanı” və “Barış Pınarı” [əməliyyatları] bölgələrində təsbit etdiyi 15 PKK/YPG terrorçusunu zərərsizləşdirib”, – məlumatda diqqətə çatdırılıb.
Vurğulanıb ki, “ən son terrorçu zərərsizləşdirilənədək əməliyyatlar davam etdiriləcək”.