Millimiz Moldovaya qalib gəldi – YENİLƏNİBbackend

Millimiz Moldovaya qalib gəldi - YENİLƏNİB

Kişineuda beynəlxalq yoldaşlıq oyununda üz-üzə gələcək Moldova və Azərbaycan yığmalarını start heyətləri açıqlanıb.

KONKRET.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaq:

Moldova: 1.Dmitri Çelyadnik. 2.Oleq Ryabçuk, 4.İqor Armaş, 7.Artur Yonitse (k), 10.Yevgeni Koçuk, 11.Vitali Damașkan, 13.Mixail Kaymakov, 14.Yuri Yovu, 17.Daniel Dumbravanu, 21.Yoan-Kelin Revenko, 22.Vadim Ratse

Baş məşqçi: Sergey Kleşenko

Azərbaycan: 12.Şahruddin Məhəmmədəliyev, 6.Höccət Haqverdi, 8.Emin Mahmudov (k), 11. Ramil Şeydayev, 15.Bəxtiyar Həsənəlizadə, 18.Anton Krivotsyuk, 19.Elvin Cəfərquliyev, 20.Riçard Almeyda, 21. Ozan Can Kökçü, 22.Aleksey İsayev, 24. Musa Qurbanlı

Baş məşqçi: Canni De Byazi

Qeyd edək ki, “Zimbru” stadionunda keçiriləcək Moldova – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

***

Moldova – Azərbaycan qarşılaşması start götürdü.

***

Emin Mahmudov matçın 29-cu dəqiqəsində millimizi hesabda önə çıxardı: 0-1.

***

Görüşün 43-cü dəqiqəsində Aleksey İsayev millimizin ikinci qoluna imza atdı: 0-2.

***

İlk hissə başa çatdı.

***

İkinci hissə başladı.

***

Əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə meydan sahibləri Nikita Motspanın qolu ilə fərqi azaltdı.

***

Matç bitdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*