Azərbaycan Prezidenti sərt danışdı, bu da Ermənistanla prosesi dalana dirədi – Abramyanbackend

Azərbaycan Prezidenti sərt danışdı, bu da Ermənistanla prosesi dalana dirədi - Abramyan

Azərbaycan Prezidenti kifayət qədər sərt danışdı ki, bu da faktiki olaraq Ermənistanla prosesi dalana dirədi.

KONKRET.az xəbər verir ki, bu barədə “Şərəfim var” parlament fraksiyasının katibi Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

“Şantaj, gücdən istifadə hədəsi və nəyin bahasına olursa olsun öz strateji məqsədlərinə nail olmaq üçün iddialar… Görünən odur ki, Əliyev tez-tez bu haqda danışır, lakin bu, çıxışda tələblər, gözləntilər və onlara nail olmaq üçün atılan addımların ardıcıllığı aydın görünürdü” – deyə Abramyan əlavə edib.

Ermənistan hökumətinin “sülh gündəmi” çoxdan tükənib, cəmiyyətə verilən vədlər pozulub, hakimiyyətdə olanlar isə ölkə üzərində olan yeni təhlükələri neytrallaşdırmaq üçün heç bir ciddi, obyektiv addım atmır. Ermənistan hakimiyyət tərəfindən geniş laqeydlik və cəmiyyəti çaşdırmaq təbliğatı ilə üz-üzədir” – deyə erməni deputat fikrini yekunlaşdırıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*