Azərbaycan Prezidenti: “Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək”backend

Azərbaycan Prezidenti: "Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək"

Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək.

KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, dəmir və avtomobil yolları ilə daşımalara gəldikdə, burada söhbət təkcə Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsindən getmir, bunun beynəlxalq daşımalar baxımından mənası var.

Prezident Azərbaycanın fəal şəkildə daşımalara və logistika sahələrinə böyük sərmayələr qoyduğunu, son illər ərzində milyardlarla dollar həcmində sərmayələrin Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanının yaradılmasına yatırıldığına diqqət çəkib. Qeyd olunub ki, hazırda 25 milyon ton həcmində yüklərin daşınması üçün işlər aparılır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*