“Azərbaycan sadəcə olaraq fakt qarşısında qaldı və bunu etməyə məcbur oldu” – “Kommersant”backend

"Azərbaycan sadəcə olaraq fakt qarşısında qaldı və bunu etməyə məcbur oldu" - "Kommersant"

“Azərbaycan keçid məntəqəsi ilə bağlı məsələni uzun müddət qaldırsa da, razılığa gəlmək istəyib”.

KONKRET.az xəbər verir ki, bunu “Kommersant” qəzetinə Rusiya dövlət orqanlarındakı bölgədəki vəziyyətlə tanış olan həmsöhbəti bildirib.

“Azərbaycan Qarabağ üzərində yekun nəzarəti bərqərar etməyə doğru gedir. Bakı Qarabağ məsələsinin öz xeyrinə yekun həlli istiqamətində kəskin addım atıb.

Nəzarət-keçid məntəqəsi ilə bağlı vəziyyət göstərdi ki, Azərbaycan heç bir xüsusi nəticə olmadan öz maraqlarını güc yolu ilə keçirməyə qadirdir.

İrəvanın beynəlxalq ictimaiyyətə bəyanat və çağırışlardan başqa cavab verəcək heç nəyi yoxdur.

Böyük oyunçular vəziyyətlə bağlı narahatlıqlarını ritual ifadələrlə məhdudlaşırlar. Beləliklə, güc nəticə verir və siz hücuma davam edə bilərsiniz”, – deyə qəzet yazır.

Nəşr Azərbaycanın geri addım atmayacağını vurğulayır.

“Prezident Əliyevin geri çəkilməyəcəyi aydın idi. Bakı keçid məntəqəsi ilə bağlı məsələni uzun müddət qaldırsa da, razılığa gəlmək istəyib. Hər dəfə mövzu təxirə salınırdı.

Nəhayət, Azərbaycan sadəcə olaraq fakt qarşısında qaldı və bunu etməyə məcbur oldu, – deyə “Kommersant”ın müsahibi bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*