Azərbaycan səfirliyi qarşısında bədbəxt hadisəbackend

Azərbaycan səfirliyi qarşısında bədbəxt hadisə

Mayın 17-də səhər saat 08:50-də Azərbaycanın Rusiyadakı səfirliyinin inzibati binasının önündə bədbəxt hadisə baş verib.

Bu barədə KONKRET.az-a Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Məlumata görə, səfirliyin konsulluq xidmətinin girişinin qarşısında Rusiya Federasiyasının vətəndaşı Muradov Rüfət Əli oğlunun vəziyyəti qəflətən pisləşib və o, dünyasını dəyişib.

“Bununla əlaqədar olaraq, dərhal təcili tibbi yardım çağırılmış və polisə məlumat verilib. Hadisə yerinə gəlmiş Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları vəfat etmiş şəxsin Rusiya vətəndaşı olmasını və ekspert-kriminalist tərəfindən rəyin bildirilməsinin vacibliyini əsas gətirərək Rusiyanın səlahiyyətli nümayəndələrinin gəlişinə qədər cəsədin yerdən götürülməsinə icazə verməmişlər.

Müəyyən müddətdən sonra hadisə yerinə gələn kriminalistin öz rəyini bildirməsi cəsədin təcili tibbi yardım briqadası tərəfindən morqa aparılmasını mümkün edib.

Ölüm səbəbinin öyrənilməsi məqsədilə Səfirlik Rusiyanın aidiyyəti qurumlarına müraciət edib.

Rüfət Muradovun ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allahdan ona rəhmət diləyirik”, – deyə səfirlikdən bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*