Azərbaycan universitetləri dünya reytinq siyahılarında niyə yer almır? –  Deputat təhsildəki uğursuzluqları ŞƏRH ETDİbackend

Azərbaycan universitetləri dünya reytinq siyahılarında niyə yer almır? - Deputat təhsildəki uğursuzluqları ŞƏRH ETDİ

Millət vəkili, MM-in Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev təhsildəki göstəricilərin heç də ürəkaçan olmadığı barədə fikir bildirib.

Qeyd edib ki, artıq 3 ilə yaxındır ictimai maliyyə islahatları çərçivəsində pilot sektorda – təhsil, kənd təsərrüfatı və ekologiya sektorlarında büdcə xərclənmələrinin səmərəliliyini artırmaq üçün nəticəəsaslı büdcə tərtibi prosesinə keçid başlayıb.

Deputat təhsildəki nəticələrlə bağlı statistik göstəriciləri paylaşıb:

– Bu il magistr olmaq istəyən bakalavrların 1670 nəfəri 0-30 bal (maksimum bal 100) toplayıb. İmtahanlarda 24118 bakalavr iştirak edib.

Sertifikasiya imtahanında iştirak edən müəllimlərin 35 faizi 0-29 bal toplayıb. Keçid balı 30 baldır. Sertifikasiyada 38 min müəllim iştirak edib. 223 müəllim isə 0-9 bal arası nəticə göstərib.

I–IV qrup üzrə qəbul imtahanlarında abituriyentlərin 42,79%-i 0-200 bal arası nəticə göstərib. Bu, təxminən 31000 abituriyent edir. Bunun bir adı var: funksional savadsızlıq…

Təhsildə təkamül yolunu seçənlərin nəzərinə bir məsələni də çatdırmaq istəyirəm.

Böyük Britaniyanın “World University Ranking” nəşri 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib. Reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet (2022-ci ildə – 16 universitet) daxil olub.

Türk Dövlətlərinin Qlobal reytinqdə TOP-100 siyahısına Qazaxstanın 7, Türkiyənin 11 universiteti düşüb. Bizim universitetlərin heç biri TOP-100-ə düşməyib. UNEC-1001-1200-cü yerləri, Neft və Sənaye Universiteti isə 1201-1400-cü yerləri tutub. Maraqlı bir məqamı qeyd edim. Abay Qazax Milli Pedaqoji Universiteti 681-ci yerdə qərarlaşıb. Azərbaycan Dövlət Pedaqoji Universiteti və Tibb Universiteti isə heç 1500-lük reytinq cədvəlinə düşə bilməyib. Müəllim və həkim hazırlayan universitetlərin bu cür axsamaları heç də ürəkaçan deyil.

Azərbaycan Prezidenti İlham Əliyev 31 yanvar 2008-ci ildə “Azərbaycan Respublikasının Ali təhsil müəssisələrinin Avropa Ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalayıb. 15 il vaxt keçib. Bu vacib sənədin icrası normal şəkildə həyata keçirilsəydi bu cür acınacaqlı mənzərə ilə üz-üzə qalmazdıq”.

KONKRET.az

  • Bilal
    İyul 8, 2023 - 15:42

    Ùşaq baģçasindan tytmuş,instituta qədər jer yerdə ruşvətçilik hőkm sūrūr,təhsil ocaqları məktəblər,natitytlar təhsilocaģi yox bazar adlandırmaq dűzgűn olarRűşvətlə diplom alan műəllim təhsil vermir,birinci nővbədə diploma xərvlədiyi pulu qaytarmaq məqsedi gűdur.Işə dűzəlmek də bazardir.Műsabiqə heç neye yaramir.Műsabigeden keçib gdirsən mək tebe direktot deyir yer yoxdur.3_5 min verirsen yer tapılır.Elə hər yerdə belədi.Dəqiq bilirem ki polis məktəbinə 30 mindir qəbul olmaq.Istən şəxs bilsə ki cəza labűddűr,o rűşvət almaz Hami bilir ki polisindən tutmùş nazirə qədər hamısını művafiq qiyməfətē almaq olzr..Təhsil yoxdursa gələcək də yoxdur.Utanìram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*