Azərbaycan vasitəsilə daşınan yüklərin həcmi açıqlandıbackend

Azərbaycan vasitəsilə daşınan yüklərin həcmi açıqlandı

2021-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 10 milyon 176,2 min ton, yük dövriyyəsi isə 2 milyard 405,2 milyon ton-km olub, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,8 faiz və 8,7 faiz azalma müşahidə olunub.

KONKRET.az-ın məlumatına görə, yüklərin 5 milyon 636,0 min tonu və ya 55,4 faizi avtomobil nəqliyyatı, 3 milyon 349,4 min tonu və ya 32,9 faizi dəmir yolu nəqliyyatı, 1 milyon 190,8 min tonu və ya 11,7 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 23,5 faizini və ya 2 milyon 393,9 min tonunu tranzit yüklər təşkil edib. Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*