Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, təhlükəsizliyin təmin edilməsinə və humanitar qanunlara riayət olunmasına yönəlmiş Bakı ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.
Həmçinin, Rusiya sülhməramlı kontingentinin məsuliyyət daşıdığı ərazidə atəşkəs rejiminin pozulması qeydə alınmayıb.
2023-cü il sentyabrın 19-dan Rusiya sülhməramlılarının səkkiz müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
Yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün altı post yaradılıb. Onlardan ikisi Azərbaycan tərəfi ilə birgə quraşdırılıb.
Rusiya sülhməramlılarının iştirakı ilə Qarabağın məskunlaşmış ərazilərinə elektrik enerjisi və qazın verilməsinin bərpası istiqamətində işlər davam etdirilir.
Günel Mikayılova,
KONKRET.az