Azərbaycan XİN-dən Tayvanla bağlı RƏSMİ AÇIQLAMAbackend

Azərbaycan XİN-dən Tayvanla bağlı RƏSMİ AÇIQLAMA

“Azərbaycan Tayvanın müstəqilliyini tanımır”.

KONKRET.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Tayvan ətrafında yaranmış vəziyyət ilə bağlı suala cavab olaraq bildirib.

O vurğulayıb ki, bölgədə sülh və sabitliyin qorunması beynəlxalq təhlükəsizlik üçün vacib amildir.

“Azərbaycan Respublikasının vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməz, aydın və ardıcıl xarakter daşıyır. Ölkəmiz Tayvanın müstəqilliyini tanımır. Mübahisəli məsələlərin beynəlxalq hüquq çərçivəsində, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında, sülh yolu ilə nizamlanmasını dəstəkləyirik”, – XİN rəsmisi deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*