Azərbaycana ən çox investisiya yatırımı edən ölkələrbackend

Azərbaycana ən çox investisiya yatırımı edən ölkələr

Bu ilin ilk 9 ayında xarici maliyyə mənbələrindən əsas kapitala 2.1 mlrd. manat investisiya yatırılıb.

Bu barədə KONKRET.az Mərkəzi Bankın “Pul siyasəti icmalı”na istinadən xəbər verir.

Bildirilib ki, dövr ərzində xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin 95.9%-i Birləşmiş Krallıq, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Rusiya, Norveç, İran, Hindistan, BƏƏ, Qırğızıstan və Fransa sərmayədarlarına məxsus olub:

“2024-cü ilin 9 ayı ərzində ölkədə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala investisiya axınları davam etmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici maliyyə mənbələrindən əsas kapitala 2.1 mlrd. manat investisiya qoyulub. Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiya ümumi investisiyanın dəyərinin 16.8%-ni təşkil etmişdir.

İnvestisiya cəlb edilmiş ölkələrin siyahısı Azərbaycan iqtisadiyyatına həm ənənəvi ticarət tərəfdaşları, həm də qlobal arenada müxtəlif regionlardan olan sərmayədarların marağının yüksək olduğunu göstərir. Bu isə Azərbaycan iqtisadiyyatının qlobal iqtisadiyyata inteqrasiyasının dərinləşdiyini göstərir”, – məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*