Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
KONKRET.AZ-ın məlumata görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Məmməd oğlu Mehdiyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilsin.
Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verilib. Səfər Mehdiyevin də general-polkovniklər siyahısına daxil olması nəticəsində Azərbaycanda bu rütbəni daşıyanların sayı 16 nəfərə çatdı.
Nazırda bu rütbəni daşıyan şəxslərin siyahısını təqdim edirik:
Tofiq Ağahüseynov – Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)
Namiq Abbasov – Azərbaycanın sabiq milli təhlükəsizlik naziri (1995-2004)
Səfər Əbiyev – Azərbaycan Respublikasının eks-müdafiə naziri
Nəcməddin Sadıkov – Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi
Ramil Usubov – Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi
Eldar Mahmudov – sabiq milli təhlükəsizlik naziri
Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi
Vaqif Axundov – Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi
Kəmaləddin Heydərov – Fövqəladə Hallar naziri
Aydın Əliyev – Dövlət Gömrük Komitəsinin keçmiş sədri
Bəylər Əyyubov – Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi
Zakir Həsənov – Azərbaycanın Müdafiə naziri
Mədət Quliyev – Azərbaycanın Müdafiə Sənayesi naziri
Vilayət Eyvazov – Azərbaycanın Daxili İşlər naziri
Məhərrəm Əliyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri
Səfər Mehdiyev – Dövlət Gömrük Komitəsinin sədri
Modern.az