Azərbaycanda bu şəxslərin maaşının artırılması təklif edilirbackend

Azərbaycanda bu şəxslərin maaşının artırılması təklif edilir

Minatəmizləmə işi ilə məşğul olan şəxslərin sosial müdafiəsi, sağlamlığı və pensiya təminatı məsələlərinə toxunmaq istərdim. Bu, ən çətin və ən təhlükəli peşələrdən biridir. Bu insanlar hər gün ölümlə üz-üzə qalırlar. Bu baxımdan, istifadə olunan texnika müxtəlif dövrlərdə gəlir və gömrük vergilərindən azad edilib.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib. O bildirib ki, bu sahədə çalışan insanların da vergilərdən azad olunması və ya onlara əlavə güzəştlərin verilməsi, əməkhaqlarının artırılması yerində olardı:

“Çünki onların pensiyaları yüksək deyil, aldıqları xəsarətlərə görə sonradan ödənilən kompensasiyalar da kifayət qədər böyük məbləğdə nəzərdə tutulmur. Bu sahədə çalışan insanlara diqqətin artırılması vacibdir. Təkcə işğaldan azad olunmuş ərazilərdə deyil, Fövqəladə Hallar Nazirliyində və Azərbaycanın digər bölgələrində mina təmizləmə və sursatla bağlı gündəlik təhlükəli işlərə cəlb olunan şəxslərin pensiyaları aşağıdır, sosial müdafiələri isə lazımi səviyyədə deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*