“Azərbaycanda daha təhlükəli olan İran agentləri zərərsizləşdirilməlidir” – AÇIQLAMAbackend

"Azərbaycanda daha təhlükəli olan İran agentləri zərərsizləşdirilməlidir" - AÇIQLAMA

“Bu gün Azərbaycanın müdafiəsi və müstəqilliyinin möhkəmləndirməsi istiqamətində aparılan xarici siyasət fövqəladə əhəmiyyət kəsb edir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri ABŞ-da yaşayan siyasətçi Rəsul Quliyev bildirib.

O özünün yazdığı facebook statusunda daha sonra vurğulayıb:

“Avropa və Asiyanın böyük bir ərazisində (Türkiyə-Pakistan-Azərbaycan) hərbi alyans yaradılıb. Bu alyansın ən müasir silahları və ən hazırlıqlı ordusu ilə yanaşı nüvə silahı da var.

Bu proses inkişaf etdirilməli və NATO tipli müdafiə sisteminə oxşar qurum yaradılana qədər irəliləməlidir. Fikrimcə, Prezident Əliyev bu işlə çox ciddi məşğuldur.

Paşinyanın hökuməti ölkəsinin azad olmasını istəyir, başqa sözlə, Putin Rusiyasından yaxasını qurtarmaqa çalışır. Ancaq edə bilmir. Rusiyanın Ermənistanda olan Koçaryan tipli yaramazları cəlb edib dövlət çevrilişi edəcəyindən, sonra işğal altında olan Krım sayağı “seçkilər keçirib” Ermənistanı quberniyaya çevirəcəyindən qorxur.

Azərbaycanda artıq nəinki Putin, hətta ondan da nasional sosialist artıq heç bir çevriliş edə bilməz. Buna baxmayaraq, Azərbaycan, orduda, polisdə, yüksək rütbəli çinovniklər arasında Rusiya agentlərini aşkar edib zərərsizləşdirmə prosesini aktivləşdirsə, çox yaxşı olar. Paralel Azərbaycanın dini idarələrində gizlənmiş daha təhlükəli İran agentlərini zərərsizləşdirməlidir. Kiminsə Azərbaycan Ordusunun qələbəsini İran dini liderinin fitvasına görə baş tutduğunu iddia etməsi çox təhlükəlidir. Deməli, bu insan bizə sağlam münasibəti olmayan birisini ölkədə təbliğ edir. Bundan qorxmaq lazımdır və onları zərərsizləşdirmək lazımdır. Onların çoxu özünü gicbəsər, yaltaq göstərməklə təlxəklik edirlər. Tarixdə saray təlxəklərinin dövlət çevrilişində rolları geniş yer tutur.

Mən əminəm ki, Paşinyan Prezident Makron və ABŞ dövlət katibi ilə gizli danışıqlar aparır və Putindən yaxa qurtarmaqda ona kömək etməklərini xahiş edir. Onların əlindən bir şey gəlmir ona görə “Sən Qarabağda ermənilərə status verilməlidir!” tələbi ilə çıxış et, ölkənin daxilində hakimiyyətini möhkəmləndir, bu işimizi asanlaşdırar” məsləhətini verirlər. Paşinyan bu nağıllara inanmır. O yaxşı bilir, Qarabağ ermənilərinə status tələbi onu Azərbaycandan daha da uzaqlaşdırır. Bu nə onun, nə də Ermənistanın xeyrinə deyil.

Yeganə yol Türkiyə və Azərbaycanla müqavilə bağlamaq, səfirliklər açmaq, Azərbaycan-Naxçıvan-Ermənistan-Türkiyə dəmir yolunu bərpa etmək və tikməkdədir. Ermənistan-Azərbaycan sərhəd demorkasiyasını heç kimin iştirakı olmadan Azərbaycanla müzakirə edib (Sovetlər dağılanda bu sərhədlərin xəritəsi var idi, yenidən Amerika kəşf etmək lazım deyil) müqavilə bağlamaq, Azərbaycan və Ermənistan sərhəd qoşunlarının postlarını birlikdə inşa etmək.

Heç bir rus və ya başqa bir dövlət bu işə qarışmamalıdır.

Mənim fikrimcə, əgər Paşinyana lazımdırsa, bağlanacaq müqavilədə Azərbaycan erməni millətindən olan vətəndaşlara ölkədə yaşayan bütün millətlərdən olan vətəndaşlar kimi eyni münasibətin olacağına qarantdır” imzasını çəkə bilər.

Azərbaycan Türkiyə-Pakistan-Azərbaycan müdafiə alyansını əbədiləşdirməyə cəhd etsə, çox yaxşı olar. 2023-cü ildə həm Türkiyədə, həm də Pakistanda baş nazir, prezident və parlament seçkiləri olacaq. Pakistanın və Türkiyənin indiki prezidentlərinin yenidən seçilə bilməsi sözsüz sual altındadır. Keçən seçkilərdə Ərdoğan çox zəif rəqibinə 52 faizlə qələbə çala bildi. Ən əsası böyük şəhərlərin İstanbul, Ankara, İzmir və sair yerlərdə uduzdu. Baxmayaraq ki, son illər Ərdoğanın apardığı müstəqil siyasət onun avtoritetini artırıb, ancaq demokratik seçkidə hər şey dəyişə bilər. Mən Türkiyədə kimin prezident seçilməsindən asılı olmayaraq, Azərbaycana münasibətin dəyişəcəyinə inanmıram. Ancaq məsələn, sosialistlərin prezidenti Ərdoğan kimi qətiyyətli olmayacaq. Avropa ilə dil tapmağa, Rusiya ilə əlaqələrini zəiflətməyə çalışacaq. Pakistanda da Bhutto dinastiyası hakimiyyətə gələ bilər. Onun da Azərbaycana münasibəti fərqli ola bilər. Ona görə də 2023-cü ilə qədər Azərbaycan-Türkiyə-Pakistan münasibətləri ən yüksək zirvəsində, daha doğrusu, oradan geri qayıtmağa yolun olmadığı zirvəsində olmalıdır.

Prezident Əliyev komandası ilə birlikdə bu istiqamətdə mühüm işlər görür, onlara uğurlar. Ermənistanla münasibətləri normallaşdırıb, sülhməramlı qüvvələrin Azərbaycanı tərk etməsi tələbini qoymaq lazımdır. Ona qədər Laçın dəhlizində sərhəddə Azərbaycan sərhədçilərinin dayanmasına nail olmaq lazımdır. Xarici və o cümlədən Ermənistan vətəndaşları viza olmadan Azərbaycana buraxılmamalıdır”.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*