Azərbaycanda dərslər saat 10-da başlayacaq? – Növbəli sistem…backend

Azərbaycanda dərslər saat 10-da başlayacaq? – Növbəli sistem…

Son dövrlərdə Avropada məktəblərdə dərs saatlarının səhər 8-dən 10-a qaldırılması ciddi müzakirə olunur. Buna səbəb kimi bildirilir ki, böyüməkdə olan uşaqların bioloji ritmi onları səhərlər erkən oyanmağa imkan vermir, bu isə diqqət dağınıqlığına, yorğunluğa və tədris nəticələrinin zəifləməsinə səbəb olur.

Hər səhər anasının əlindən tutub yuxulu-yuxulu ayaqlarını sürüyən, başını partaya qoyub yatan uşaqları dəfələrlə müşahidə etmişik.

Ölkələr ayrı olsa da, problem eyni olduğundan bənzər dəyişiklik Azərbaycanda da ola bilərmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-ın xəbərinə görə, psixoloq Elşad Məmmədov Bizim.Media-ya açıqlamasında təsdiqlədi ki, uşaq orqanizmi yuxuya meyillidir, çünki böyüməkdə olan vücud yuxuya ehtiyac duyur:

“Həm də uşaqlar hiperaktiv olduqları üçün daha tez yorulurlar. Nəticədə səhər erkən dərsə başlamaq onların stress səviyyəsini artırır və öyrənmə qabiliyyətini zəiflədir. Uşaqların yuxu rejimini nəzərə alan tədris qrafiki onların həm psixoloji, həm də fiziki sağlamlığı üçün vacibdir.”

Təhsil eksperti Günay Əliyeva isə bildirdi ki, Azərbaycanda dərs saatlarının 10-da başlaması praktik olaraq çətin görünür.

“Valideynlərin iş qrafikini nəzərə aldıqda, dərs başlanğıcını belə gecikdirmək mümkün deyil. Avropada özəl məktəblərlə yanaşı dövlət məktəblərinin də xüsusi avtobusları olur. Ana uşağı hazırlayıb qapının önündən yola salır. Bizdə isə analar yollarda qalıb, işləyən qadınlar üçün dərslərin gec başlaması əlavə problemdir. Bəlkə də yarım saat fərqlə gec başlamaq olar, amma bu qədər gec saatlarında dərsə başlamaq, növbəli dərs sistemi üçün də ağlabatan deyil”.

Ekspert əlavə etdi ki, bunun ən yaxşı yolu uşaqların yuxu rejiminin tənzimlənməsi ilə bağlı maarifləndirmə kampaniyaları, valideyn və müəllimlərin məlumatlandırılması vacibdir. Belə yanaşma həm tədris keyfiyyətini, həm də uşaqların sağlamlığını qorumağa xidmət edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*