Azərbaycanda dollar qəbulu yenidən aktiv olacaq – AÇIQLAMAbackend

Azərbaycanda dollar qəbulu yenidən aktiv olacaq - AÇIQLAMA

Bankomatlar vasitəsilə dollar əsginasların qəbulu prosesinin bərpası üzrə işlər aparılır.

KONKRET.az oxu.az-a istinadən bildirir ki, bu barədə “Kapital Bank”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov məlumat verib.

O bildirib ki, bankomatlarda proqram təminatının yenilənməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilib və artıq proses yekunlaşmaq üzrədir:

“Proqram təminatının yenilənməsi ilə bağlı işlər demək olar ki, yekunlaşıb. Həftə ərzində bankomatlar vasitəsilə dollar əsginaslarının qəbulu prosesi bərpa ediləcək”.

Qeyd edək ki, oktyabr ayının əvvəlində banklar tərəfindən bankomatlar vasitəsilə dollar əsginasların qəbulu dayandırılıb. Buna səbəb dövriyyədə müəyyən miqdarda saxta 100 dollar əsginasların olmasıdır.

Saxta əsginasların təhlükəsizlik elementləri həqiqi valyuta vahidinə dəqiq olaraq bənzədilə bildiyindən bankomatlar tərəfindən saxta pullar müəyyən edilə bilməyib. Bu səbəbdən banklar saxta dollar əsginasların dövriyyəsinin qarşısını almaq üçün bankomatlar vasitəsilə onların qəbulunu dayandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*