Azərbaycanda Gürcüstana nisbətən maşın sayı azdır: Bəs niyə tıxac yaranır? – ŞOK SƏBƏBbackend

Azərbaycanda Gürcüstana nisbətən maşın sayı azdır: Bəs niyə tıxac yaranır? - ŞOK SƏBƏB

Azərbaycanda avtomobil sıxlığının yüksək olmasına baxmayaraq, ölkədə hər 1000 nəfərə cəmi 195 avtomobil düşür. Gürcüstanda isə bu göstərici 539-dur.

Maraqlıdır, avtomobil sayının az olmasına baxmayaraq, niyə bu qədər tıxac yaranır?

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev KONKRET.az-a bildirir ki, tıxacın əsas səbəbi avtomobil sayının çoxluğu ilə bağlı deyil.

Yasin Mustafayev

Ekspertin sözlərinə görə, Azərbaycanda təxminən 2 milyona yaxın nəqliyyat vasitəsi var və təxminən 10 milyon nəfər vətəndaş yaşayır. Lakin tıxacın yaranmasında əsas amil ictimai nəqliyyatın zəif işləməsidir:

“Almaniyada 2 nəfərə 1 avtomobil düşür, amma tıxac çox azdır. Burada əsas məsələ ictimai nəqliyyatın yaxşı işləməsidir. Bizdə isə paytaxt və böyük şəhərlər yüklənib, insanlar bölgələrdən şəhərlərə axın edirlər. Bu da tıxacın yaranmasına ciddi təsir göstərir. Eyni zamanda, avtobus, metro kimi ictimai nəqliyyat sisteminə kifayət qədər diqqət yetirilməyib. Troleybus və tramvayların ləğvi də vəziyyəti pisləşdirib”, – deyə Yasin Mustafayev qeyd edib.

Ekspert əlavə edib ki, tıxacın azaldılması üçün əsas diqqət ictimai nəqliyyatın modernləşdirilməsinə və şəhər planlaşdırmasının düzgün aparılmasına yönəlməlidir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*