Azərbaycanda ictimai nəqliyyat pulsuz olacaq? – AÇIQLAMAbackend

Azərbaycanda ictimai nəqliyyat pulsuz olacaq? - AÇIQLAMA

“Deyirlər ki, Serbiyada ictimai nəqliyyat pulsuzdur. Bunu birinci dəfədir, eşidirəm. Sual verirlər ki, bəs Azərbaycanda nəqliyyat nə zaman pulsuz ola bilər? Əvvəla, Azərbaycanda nəqliyyatın pulsuz olması ilə bağlı məsələ hazırda gündəmdə deyil, nə də müzakirə olunur. Əvvəllər belə bir fikir var idi ki, ayrı-ayrı kateqoriyalardan olan insanlara güzəştlər edilsin. Onda da müxtəlif yanaşmalar var idi. Hesab edirəm, ilk növbədə əhalimizin maddi vəziyyətini yaxşılaşdırmalıyıq. Əməkhaqları, pensiyalar yüksək olmalıdır ki, adamlar ictimai nəqliyyatdan asılı vəziyyətə qalmasınlar”.

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev deyib.

E.Musayev qeyd edib ki, maddi vəziyyəti normal olan şəxs ictimai nəqliyyatdan istifadə etmir: “Məsələn, deyək ki, müəllimdir, iki min manat maaş alsa, onu heç ictimai nəqliyyat maraqlandırmaz. Tələsirsə, taksi ilə gedə bilər. Düşünürəm, daha çox insanların əməkhaqqı, pensiyası, əmək məhsuldarlığının artırılması barədə düşünməliyik. Büdcəmizin daha da böyüməsinin, iqtisadiyyatımızın  müasir dövrdə inkişaf etmiş iqtisadi modellərə uyğunlaşdırılmasının tərəfdarı olmalıyıq ki, insanlarımızın vəziyyəti yaxşı olsun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*