Azərbqaycanda internetin sürəti ilə bağlı problem əsasən lokal səviyyədə olur.
KONKRET.az Report-a istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İdarə Heyətinin sədri Nail Mərdanov bildirib.
“Bu ay Azərbaycandakı internet opertorlarının təqdim etdiyi internetin orta sürəti 80,54 mb/s olub. Ayrı-ayrı bölgələr üzrə bu rəqəm fərqli ola bilər. Bu gün ölkədə 250-377 mb/s sürət almaq da mümkündür. Biz hazırda provayderlərlə işləyirik, onları dəvət edirik, məktublar göndəririk, ümumilikdə işlər gedir. İnternetin sürəti ilə bağlı problem əsasən lokal səviyyədə olur. Əgər bir küçədə istifadəçilərdən biri 371 mb/s sürət alıb, digəri ala bilmirsə, bu, artıq xidmət təminatçısının problemi deyil. Yəni problem kökdən yaranmır”, – deyə o qeyd edib.
Məndə sürət 42Mb dan artıq olmur, neynəmək lazımdır?
Salam Elkum
Yaxşı olar ki secim qoyardılar məsələn
10₼ 15₼ 20₼ və sairə
Hər qiymətin öz sürəti olardı
Biz 3 neferik evvel 10 manatliq bes edirdi.indi standart 27 man olub.asagi mebleg secim olsaydi yaxsi olardi
Salam mənim internetimin sürəti 38 mps dı 100 mgpt zad heçnə yoxdu amma 25 ödəyirik