Azərbaycanda iranlı narkobaronun adamı “iş başında” yaxalandıbackend

Azərbaycanda iranlı narkobaronun adamı "iş başında" yaxalandı

Abşeronda iranlı narkobaronun qoyduğu narkotiki götürən şəxs tutulub.

KONKRET.az xəbər verir ki, bu barədə Pravda.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, hadisə fevralın 3-də Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, Axundzadə Asif Azər oğlu “Barat” adlı İran vətəndaşı ilə qabaqcadan əlbir olub həmin gün saat 01 radələrində “Barat”ın Saray qəsəbəsi ərazisində qoyduğu yaşıl rəngli sellofanda külli miqdarda marixuana, heroin və metamfetamini götürərək qanunsuz olaraq əldə edib. Asif Axundzadə eləmin gün saat 02 radələrində Saray qəsəbəsi ərazisində saxlanılıb.

O, Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Hazırda istintaq davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*