Azərbaycanda karantin rejimi sərtləşdirilə bilər – VİDEObackend

Azərbaycanda karantin rejimi sərtləşdirilə bilər - VİDEO

Azərbaycanda koronavirusa yoluxma halları artır.

KONKRET.az xəbər verir ki, iki həftə əvvəl ölkəmizdə koronavirusa gündəlik yoluxma 272 idisə, bu həftə 3 minə yaxınlaşıb. Bu həftə ərzində 12 min 185 yoluxma və 74 ölüm halı qeydə alınıb.

Baş infeksionist Təyyar Eyvazov bildirib ki, karantin qaydalarında yumşalmalara getdikdən sonra yoluxma sayında artım baş verir.

Çünki infeksiyanın yayılmasında ən önəmli faktor insan təmaslarının artmasıdır.

Təyyar Eyvazov bildirib ki, virusun yeni ştamlarının region ölkələrində yayılması Azərbaycan əhalisi üçün də xəbərdarlıq olmalıdır.

“Ölkəmizdə də yoluxma belə templə davam etsə, qapanmalara getmək zəruri olacaqdır”,- deyə baş infeksionist qeyd edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*