Azərbaycanda kasıblar ən çox hansı rayonlarda yaşayır? – TAM SİYAHIbackend

Azərbaycanda kasıblar ən çox hansı rayonlarda yaşayır? - TAM SİYAHI

Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 72,6 min ailənin 321 min 100 üzvü ünvanlı dövlət sosial yardım alıb. Bir nəfərə düşən aylıq ünvanlı dövlət sosial yardımın məbləği isə 95 manat 50 qəpik olub.

KONKRET.az xəbər verir ki, Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ünvanlı dövlət sosial yardım alan ailələrin və şəxslərin sayı 2,2 dəfə çox olub.

Son bir ildə ünvanlı dövlət sosial yardım alan ailələrin sayı 39,2 min ailə, ünvanlı dövlət sosial yardım alan şəxslərin sayı isə 174 min 670 nəfər artıb.

Ünvanlı dövlət sosial yardım alanların sayına görə ilk sırada Bakı şəhəri yer alıb. Paytaxtda 34 min 318 nəfər ünvanlı dövlət sosial yardım alıb.

Bakıdan sonra ən çox Tovuz rayonun sakinləri sosial yardım alıblar – 18 min 467 nəfər.

Bundan başqa Lənkəran rayonunda sosial yardım alanların sayı 17 min 436, Masallı rayonunda 16 min 161, Yardımlı rayonunda isə 13 min 325 nəfər olub.

Sosial yardım alanların sayının az olduğu rayonların ilk sırasında Xankəndi (140 nəfər), Xızı (328 nəfər), Balakən (332 nəfər) və Naftalan (449 nəfər) yer alıb.

Qeyd edək ki, ünvanlı dövlət sosial yardım orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarından – 243 manatdan aşağı olan aztəminatlı ailələrə verilir.

Digər şəhər və rayonlarda isə sosial yardım alanların sayı aşağıdakı kimi olub:

  • Vüqar
    May 21, 2023 - 09:43

    Ölkəmizdə hələ nə qədər ailələrin yaşayış.səviyyəsi aşağı olsada ünvanlı sosial yardım ala bilmirlər.Müxtəlif bəhanələrlə Sosial Müdafiə Nazirliyinin işçiləri tərəfindən bu ailələrə.yardəm verməkdən imtina edilir.Bu heç kimə.sirr deyil ki, hətta verilən ünvanlı yardımların ilk 6 ayı həmin müəsissələrin əməkdaşları tərəfindən götürülür.Bu bütün rayonlarda adət halını alıb və maraqlısı odur ki, bundan Sosial Müdafiə Nazirliyinin xəbəri vardır.Yəni kasıb vətəndaşa ayrılan yardımın bir qismi onların ciblərinə.ötürülməkdədir.Çox təəsüf ki,belə.hallar minlərcədir.

  • Elman Eldar oğlu Mehtiyev
    May 21, 2023 - 15:54

    Mən Mehtiyev ELMAN Eldar oğlu 1970 il təvəllüdlü Mingəçevir şəhərində kirayədə yaşayıram özüm 1çi Qarabağ iştirakçısıyam 80 manat məbləğində müavinat alıram heç bir yerdə işləmirəm 53 yaşlm var heç bir yerə işə qəbul olmaq mümkün deyil xaiş edirəm Allah xatirinə mənə kömək edin və bir yol ğöstərin Həyat yoldaşim dünyasını dəyişib öızımın himayəsində kirayədə yaşayıram

  • saida
    May 22, 2023 - 04:35

    sosial yardım alanların heç də 100% kasıb deyil elə insanlar var kı evində xəstəsi var ona da sosial yardım verirlər elələri də var ki imkanı yoxdu gedib o sənədləri düzəltsin.Azərbaycanın bölgələrinə gələndə isə ən imkanlı bölgələr o zonalardı 🤣

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*