Azərbaycanda məktəblər bağlana bilər – Bu HALDAbackend

Azərbaycanda məktəblər bağlana bilər - Bu HALDA

İranda hava çirkliliyinin kritik həddə çatması səbəbindən bir sıra şəhərlərdə məktəblər və digər təhsil müəssisələri müvəqqəti olaraq bağlanıb. Bu vəziyyət Azərbaycanda da oxşar tədbirlərin görülüb-görülməyəcəyi sualını gündəmə gətirib.

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, belə hallarda əsas meyar təhlükəsizlik dərəcəsidir:

Məzahir Məmmədli: "Azərbaycandan xaricə təhsil almaq üçün gedənlərin sayı  durmadan artır" | tehsil365.news

“Artıq dünyanın hər yerində qəbul olunmuş məsələdir. Fövqəladə hallar yarandığı vəziyyətdə icra orqanları, Nazirlər Kabineti, Elm və Təhsil Nazirliyi və yaxud da digər aidiyyəti qurumlar bu məsələlərlə bağlı qərar verə bilirlər. Azərbaycanda da bu kimi hadisələr baş versə, əvvəlcədən təhlükəsizlik dərəcəsi ölçülür və ona uyğun addımlar atılır”.

Ekspertin sözlərinə görə, hər hansı fövqəladə vəziyyət, istər təbii fəlakət, istərsə də ekoloji təhlükə təhsil prosesinin dayandırılmasını zəruri edə bilər. Bu baxımdan, qərarın əsas məqsədi şagird və müəllimlərin sağlamlığının qorunmasıdır.

Aynurə İsmayıl

KONKRET.az

  • Nmixx
    Noyabr 11, 2025 - 17:30

    Bəs bağlansa online ders keçecəyik

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*