Azərbaycanda niyə kişi həkimlərin sayı qadınlardan çoxdur? – Sən demə, səbəb bu imiş…backend

Azərbaycanda niyə kişi həkimlərin sayı qadınlardan çoxdur? - Sən demə, səbəb bu imiş...

Uzun illərdir tibb sahəsində kişi həkimlərin sayı qadınlardan daha çoxdur. Bu tendensiya yalnız Azərbaycana deyil, bir çox ölkəyə xasdır. Səbəbləri araşdırmaq üçün tibb sahəsində çalışan mütəxəssislərlə söhbətləşdik.

Həkim-terapevt Günay Lətifova KONKRET.az-a açıqlamasında bildirib ki, uzun illər təhsil həyatı, davamlı oxumaq və işləmək çox vaxt aparır.

“Kişi və yaxud da qadın bu peşəni seçərkən bilir ki, uzun yoldan keçməlidir. Deyə bilərəm ki, Azərbaycanda qadın həkimlər çoxdur. Azərbaycan qadını güclüdür. Həm təhsil, həm iş, həm də ailə həyatını tarazlaya bilir. Dünya statistikasında kişi həkimlərin sayı çox ola bilər. Lakin Azərbaycan da isə qadın həkimlərin sayı az deyil.”

Tibb eksperti Aydın Əliyev isə saytımıza açıqlamasında bildirib ki, özəl klinikalarda yüksək maaş məsələsi var.

AYDIN ƏLİYEV RADİOLOQ | Azərbaycan Tibb Ensiklopediyası

“Amma qadın həkimlərin sayı getdikcə artır. Ümumiyyətlə isə qızların oğlanlara nisbətən tez evlənmələrini də yaddan çıxartmaq olmaz.”

Aynurə Ismayil, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*